Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin, Mecdunov Xalid Zahir oğlunun doğum günüdür. Xalid Mecdunov Vətən müharibəsində MAHHXHQ Çavuş kimi şərəfli döyüş yolu keçmişdir. Müharibədə göstərdiyi rəşadətə görə o, “Vətən uğrunda”,və “Cəbrayılın azad olunmasına görə”, medalları ilə təltif olunmuşdur.
08 fevral 2020-ci il tarixindən Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhalinin vaksinləşmə prosesinə başlanılacaqdır. Covid peyvəndinin aparılması üçün randevu götürülməsi məqsədi ilə ilk öncə hər hansı bir internet brauzerindən yeni səhifə açıb http://randevu.its.gov.az adresinə daxil olunur.
Qobustan rayonunda Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Vətən sevgisi imandandır” mövzusunda videokonfrans formatında tədbir keçirilmişdir.
Şəhidlik məqamı və 20 Yanvar şəhidləri
A.Şikarov pandemiya dövründə dini icmaların öz fəaliyyətlərini, bəzi xırda nöqsanlar istisna olmaqla, əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etmək və o qərarları əhali arasında təbliğ etmək istiqamətində qurduqlarını qeyd etmişdir. Yeni il ərzində də dini icma sədrlərinə və din xadimlərinə dini radikalizmlə və pandemiya ilə mübarizəni əsas diqqət mərkəzində saxlamağı tövsiyə etmişdir.