Şriftin ölçüsü :

Saytın rəngi :

Fədail Nadirov

 

line

Soyad: Nadirov
Ad: Fədail
Ata adı: Fərhad
Doğum tarixi: 23.07.1990
Şəhid olub: 26.10.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı

 

 

Fədail Nadirov 1999-cu il iyulun 23-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub. Subay idi.

Onun hərbiyə olan sevgisi hələ uşaq yaşlarında formalaşıb. Ailəsinə "hərbçi olacağam, vətənimi qoruyub mənfur düşməni tarixi torpaqlarımızdan qovacağam, bitəcək bu həsrət" deyirdi. Şəhidimizin anasının sözlərinə görə, Fədail özü yaralı olduğu halda, əsgər yoldaşlarını döyüş meydanından çıxarıb. Sonuncu istəyi isə qardaşının oğlu olarsa, adının Fədail qoyulması olub.

Azərbaycan Ordusunun əsgəri olan Fədail Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fədail Nadirov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunun Bədəlli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhidimiz döyüşə gedərkən yolda avtomobili saxlatdırıb və rəqs edib. O, bu videosu ilə sosial şəbəkələrin diqqət mərkəzinə düşüb.

İndi şəhid Fədail təkcə ailəsinin deyil, bütün Azərbaycanın övladına çevrilib.

 

Keçidlər