Şriftin ölçüsü :

Saytın rəngi :

Həsən Quliyev

 


line

Soyad: Quliyev
Ad: Həsən
Ata adı: Yalçın
Doğum tarixi: 09.07.2002
Şəhid olub: 01.11.2020
Rütbə: əsgər
Təltifləri

«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı

 

 

Quliyev Həsən Yalçın oğlu 9 iyul 2002-ci ildə Qobustan rayonunun Sündü kəndində kasıb bir ailədə, anadan olub. Sündü kəndi Şikar Şikarov adına orta məktəbi bitirib. Ailəsi 5 nəfərdən ibarət olub: ata,ana və 3 qardaş.

Atası Quliyev Yalçın Əmirağa oğlu II ci qrup əlil, anası Quliyeva Ziyafət Qaraxan qızı evdar xanım. Kiçik qardaşı Quliyev Orxan 15 may 2006-cı il təvəllüdlü, nitq qüsurludur.. Evin böyük oğlu elə Həsən özü idi. Həsən çox sakit, ürəyi təmiz, həssas, kövrək, ağıllı bir gənc idi. Həsən kasıbçılıqla böyümüş olsa da, hər zaman gözü tox uşaq kimi tanınıb. Əsgərlikdən gələndən sonra böyüdüyü o kiçik evi böyüdəcək, kənd təsərrüfatı ilə məşğul olacaqdı. Arzuları yarımçıq qaldı…

Məktəbi bitirdiktən sonra işləyib, bir neçə ay ailəsinə dəstək olub. Orta məktəbi bitirdiktən sonra peşə məktəbi, sürücülük ixtisasına qəbul olub və sürücülük vəsiqəsi alıb. Daha sonra isə 2020-ci il iyul ayının 17-si hərbi xidmət üçün Füzuliyə yola düşüb. Həsən əsgər getdiktən 3 ay sonra isə ikinci Qarabağ müharibəsi başlayıb. İlk döyüşü Füzulidə başlayıb. Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib. Noyabrın 1-i Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ailəsi onun ölümündən 10 gün sonra xəbərdar olub. Noyabrın 12-si şəhid Həsən Quliyev xalqın böyük izdihamı ilə uğrunda can verdiyi torpağa tapşırılıb.

Ölümündən sonra şəhid Həsən Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Keçidlər