Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib.

13 oktyabr 2017 | 16:00

Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobustan rayonu Təklə Mirzəbaba kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib.
            Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Rayon İcra Hakimiyyəti (RİH) başçısının Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi əvəzi Baxşəli Baxşəliyev, bələdiyyə sədri Natiq Babayev, Təklə Mirzəbaba kənd orta məktəbinin direktoru Vüsal Şıxaliyv, dini icmanın sədri Elman Qayıbov, dini icma üzvləri, müəllimlər, yuxarı sinif şagirdləri və gənclər iştirak ediblər.
           Çıxışlarda layihə çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən söhbət açılaraq, gənclərimizi milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq ruhunda tərbiyələndirilməsində, onların  radikalizmə qarşı mübarizəyə istiqamətlənməsində   ictimaiyyət nümayəndələrinin də üzərinə böyük işlər düşdüyü bildirilib.
          Tədbirin sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb.
          Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Keçidlər