Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mahir Kərimovun anadan olmasının 47-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

15 mart 2019 | 16:00

    Qobustan rayon Poladlı kəndinin qəhraman oğlu şəhid Kərimov Mahir Bəymirzə oğlunun adının verildiyi  Poladlı kənd tam orta məktəbindəki şəhidlik abidəsi önünə gül dəstələri qoyularaq şəhidin doğum günü qeyd edilib. Şəhid Mahir Kərimovun anadan olmasının 47-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

    Şəhid Kərimov Mahir Bəymirzə oğlu Şamaxı rayonu Poladlı kəndində 1972 - ci ildə anadan olub. Ağır döyüşlərdə iştirak edən Mahir 1993-cü ildə Kəlbəcərin müdafiəsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Mahir xatirəsini əbədiləşdirmək üçün Poladlı kənd tam orta məktəbinə onun adı verilib.

 

Keçidlər