Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş konsert keçirildi

30 dekabr 2019 | 16:00

          Qobustan rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş konsert keçirildi
   Dekabrın 30-da Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan rayon Gənclər Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov, rayon idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, rayon ictimaiyyəti və sakinlər iştirak etdilər.
        İlk olaraq tədbirin aparıcısı qonaqları salamlayaraq onları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi. Xalqımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın hər il dekabrın 31-ni - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü kimi böyük həvəs və coşqu ilə qeyd etdiyini bildirdi. 
      Qobustan Rayon  İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov tədbirdə çıxış edərək ötən 2019-cu ildə rayonumuzda  aparılan  sosial-iqtisadi inkişafdan danışdı, qarşıdakı 2020-ci ildə görüləcək işlər  barədə ətraflı məlumat verdi. Cənab Adil Məmmədov  vurğuladı ki, bu inkişaf  Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində bundan sonra da davam etdiriləcəkdir. Rayonun rəhbəri bütün qobustaqnlıları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirdi. Bu bayramın ildən-ilə daha geniş vüsət aldığı və daha geniş şəkildə keçirildiyi qeyd edilərək, Ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə verdiyi önəmdən bəhs edildi.
    Tədbir iştirakçılarına 2019-ci il ərzində ölkəmizdə aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verildi. Böyük çoşqu ilə keçirilən konsert proqramı Qobustan rayonunun tanınmış incəsənət ustalarının çıxışları ilə davam etdirildi. Bir birindən maraqlı ifalar sakinlərdə yüksək əhval-ruhiyə yaratdı.

Keçidlər