Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi.

07 mart 2020 | 16:00

Qobustan rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü  münasibəti ilə bayram tədbiri keçirildi.Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçının müavini-Sosial iqtisadi inkişafın təhlili  və  proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov, Qobustan Rayon İcra Hakimiyyəti başçının müavini - İctimai-siyasi və humanitar  məsələlər  şöbəsinin müdiri Təranə Güləliyeva, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar iştirak edirdilər.
    Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyəti başçının müavini-Sosial iqtisadi inkişafın təhlili  və  proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov tədbirdə iştirak edən bütün xanımları gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik etdi.
     Bildirdi ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu vətənimizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadınının bütün dövrlərdə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətləri olmuşdur. Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır.
     Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bütün bunların təməlində isə ümummilli liderin uzaqgörən siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
    Sonra Qobustan Rayon İcra Hakimiyyəti başçının müavini - İctimai-siyasi və humanitar  məsələlər  şöbəsinin müdiri Təranə Güləliyeva çıxış edərək bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik etdi. Bildirdi ki, Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Azərbaycanın müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarının adları çoxəsrlik zəngin tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Qadın adına hədsiz məhəbbət və ehtiram söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Görkəmli sənətkarlarımız Azərbaycan qadınının gözəlliyini, mənəvi saflığını, mərdliyini və sədaqətini öz əsərlərində dönə-dönə tərənnüm etmişlər. Xalqımızın təfəkküründə ən əziz, ən qiymətli bilinən Vətən, torpaq, dil anlayışlarının ana adı ilə bağlı olması da qadın, ana adına verilən yüksək qiymətin əyani təzühürüdür.
    Daha sonra Qobustan Rayon İcra Hakimiyyəti başçının müavini - İctimai-siyasi və humanitar  məsələlər  şöbəsinin müdiri tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar fəxri fərmanlar və dəyərli hədiyyələr ilə mükafatlandılar.

Keçidlər