Şriftin ölçüsü :

Saytın rəngi :

Koronovirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqəsədi ilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərarları Qobustan rayonunda məsuliyyətlə icra edilir.

27 mart 2020 | 16:00

Koronovirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqəsədi ilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın Baş Nazir Əli Əsədovun sədrliyi ilə martın ayının 23-də keçirilən növbəti iclasında koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və xüsusi rejim tətbiq edilməsi haqqında qərar verilmişdir. Qərarda bildirilib ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin və bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin.
Bu məqsədlə Qobustan rayon İcra Hakimiyyəti yanında yaradılmış Qərargahın toplantısında qərarın icrası ilə əlaqədar görüləcək işlər müəyyən edilərək aidiyyəti üzrə tövsiyə və tapşırıqlar verilib. Göstərilən tarixdən etibarən 65 yaşdan yuxarı Qobustan rayon sakinlərinin evdə qalması tövsiyyə olunub və onların qayğıları nəzarətə götürülüb.  Bu səbəbdən yaşlı nəslin, xüsusilə də tənha və kimsəsizlərin evdə qalması, müəyyən çətinliklərinin və qayğılarının artacağı nəzərə alınıb və aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq ziyarətlərinin təşkil olunub.
Gün ərzində ahıl, tənha və kimsəsiz sakinlər yerli icra nümayəndələri və bələdiyyə sədrləri tərəfindən ziyarət edilib, onların qayğıları ilə maraqlanılıb və mövcud çətinliklərinin aradan qaldırılması istiqamətində tədbirlər görülülüb.  Yaşlı nəslə  virusa yoluxma risqinin minimum endirilməsi məqsədi ilə qəbul edilmiş qərarlara əməl etmək bir daha tövsiyə edilib.

 

Keçidlər