Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz birlikdə güclüyük"

30 iyul 2020 | 16:00

Qobustan rayon Gənclər və İdman İdarəsi 2020-ci ilin iyul ayında

     2020-ci ilin mart ayından davam edən koronavirus pandemiyası ilə əlaqədar Gənclər və İdman İdarəsi internet resurslarından istifadə edərək uşaqlar və gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların bilik və bacarıqlarını daha inkişaf etdirilməsi məqsədilə müxtəlif mövzularda inşa yazı, foto, rəsm, musiqi və digər onlayn müsabiqələr, həm də pandemiya ilə əlaqədar əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirmişlər.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən yerlərdə karantin qaydalarına əməl etməyən vətəndaşlara qarşı ictimai qınaq kampaniyasının keçirilməsi məqsədilə təşkil olunan maarifləndirici tədbirlər davam etdirilir.  “Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar” şüarı altında maarifləndirici təbliğat aksiyası keçirilmi. Aksiya çərçivəsində idarə əməkdaşları tərəfindən şəhərin müxtəlif yerlərində vətəndaşlara tibbi maskalar paylanılıb, maarifləndirici söhbətlər aparılıb.

     29 iyun - 05 iyul 2020-ci il tarixlərində uşaqlar və gənclər arasında “Biz birlikdə güclüyük" mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə Ş.Şikarov adına Sündü kənd tam orta məktəbinin şagirdləri və Qobustan şəhər Mədəniyyət evinin dərnək üzvləri fəal iştirak etmişlər. İştirakçılar yazı işlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirus pandemiyası ilə əlaqədar “Biz birlikdə güclüyük" çağırışını hər birimiz üçün örnək olduğunu qeyd edərək, öz fikir və təəssüratlarını bildirmişlər.
Münsiflər heyətinin qərarına əsasən Qobustan şəhər Mədəniyyət evinin “Bədii qiraət” dərnəyinin üzvü Fərid Kərimli I yerə, Ş.Şikarov adına Sündü kənd tam orta məktəbinin şagirdləri Abdullayeva Fidan və Ağaverdiyev Çingizxan II və III yerlərə layiq görülmüşdür.

    06-12 iyul 2020-ci il tarixlərində uşaqlar və gənclər arasında onlayn rəsm müsabiqəsi keçirilmişdir. R.Behbudov adına Qobustan şəhər İncəsənət məktəbinin şagirdləri Mirkamil Hüseynzadə, Züleyxa Başatova, Firuzə Mirzəliyeva və Rəna Adıgözəllinin, Təklə kənd tam orta məktəbinin şagirdləri Qızbəs Qədirova və Orxan Məhəmmədlinin rəsm işləri Münsiflər heyəti tərəfindən dana yüksək qiymətləndirilmişdir.
20-26 iyul 2020-ci il tarixlərində uşaqlar və gənclər arasında əl işlərindən ibarət “Bacarıqlı əllər” müsabiqəsi keçirilmişdir. Qobustan şəhər Mədəniyyət evinin moda dizayn dərnəyinin müəllimi Svetlana Əliyarova, toxuculuq və xalçaçılıq dərnəyinin üzvləri Əminə Şahverdiyeva və Türkan Novruzovanın əl işləri daha yüksək sənətkarlıqla yerinə yetirilmişdir.
   27 iyul – 02 avqust tarixlərində vətənpərvərlik mahnı müsabiqəsi elan olunmuş və artıq iştirakçılar öz musiqi nömrələrini təqdim etmişlər. R.Behbudov adına Uşaq İncəsənət məktəbinin şagirdlərindən İlahə Mürsəliyeva, Nihad Şahavatov, Aysun Ağayeva, Mehriban Təhməzovanın və eləcə də Türkan Nəcəfova vətənpərvərliik ruhunda mahnılar səsləndirərək Vətənimizin qüdrətini, birliyini, bölünməzliyini ifadə etmişlər.
Müsabiqələrdə fərqlənmiş bütün iştirakçılar karantin rejimi gözlənilməklə Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları ilə mükafatlandırılmışlar.

 

 

 

Keçidlər