Şriftin ölçüsü :

Saytın rəngi :

Əsgərə məktub

20 avqust 2020 | 16:00

Əsgərə məktub

 Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə Tovuz döyüşlərində mənfur düşmənə qarşı göstərdikləri möhkəm iradəyə görə minnətdarlığımızı, var gücümüzlə dəstəyə və döyüşə hazır olduğumuzu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəblilər arasında “Əsgərə məktub” müsabiqəsi keçirilmişdir. Müsabiqədə Qobustan şəhər Mədəniyyət evinin “Bədii qiraət” və Sündü kənd Mədəniyyət evinin dərnək üzvləri xüsusilə fəal iştirak etmişlər.
 Əsgərlərə ünvanlanmış məktublarda igidlərimizə hədsiz inam və məhəbbət ifadə olunmuşdur.  Sizin kimi əsgərlərlə fəxr edirik. İnanırıq ki, tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəksiniz, şəhidlərimizin qanı yerdə qalmayacaqdır. Mənfur düşmənə qarşı mübarizədə biz məktəblilər də sizinlə bir yerdəyik. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin əmri ilə düşmən tapdağı altında olan əzəli torpaqlarımızı azad etməyə hər an hazırıq. Cəsur, polad kimi əyilməz, mübariz Azərbaycan Əsgərinə eşq olsun!
 Münsiflər heyətinin qərarına əsasən Qobustan şəhər Mədəniyyət evinin “Bədii qiraət” dərnəyinin üzvləri Surxayeva Zümrüd, Hümbətova Səidə, Sündü kənd Mədəniyyət evinin dərnək üzvləri Ağaverdiyev Çingizxan və Nəhmətova Xanım müsabiqənin qalibləri seçilmişlər. Onlara rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları təqdim olunmuşdur.

Keçidlər