Şriftin ölçüsü :

Saytın rəngi :

“Qobustan fotolarda"

25 avqust 2020 | 16:00

“Qobustan fotolarda"


 7-23 avqust 2020-ci il tarixlərində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaqlar və gənclər arasında rayonumuzun tarixi məkanlarını və təbii gözəlliklərini əks etdirən “Qobustan fotolarda" mövzusunda foto - müsabiqə keçirilmişdir. Müsabiqədə iştirak edən uşaq və gənclər yaşadıqları şəhər və kəndlərdə turizm üçün əhəmiyyət kəsb edən nadir təbiət məkanlarını telefonla çəkərək onlayn şəkildə Gənclər və İdman İdarəsinə təqdim etmişlər. Təqdim edilmiş foto şəkillərin ən yaxşı nümunələri idarənin facebook səhifəsində paylanılmış və izləyicilərin böyük marağına səbəb olmuşdur.
 “Qobustan fotolarda" mövzusunda foto - müsabiqənin qaliblərinə rayon Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim edilmişdir.

 

Keçidlər