Şriftin ölçüsü :

Saytın rəngi :

“Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi”

18 mart 2021 | 16:00

Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda onlayn tədbir keçirilib.
  Tədbirdə Qobustan rayon RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev və şöbənin əməkdaşları, Cəyirli, Təklə və Çuxanlı kənd məktəblərinin müəllimləri və gənclər iştirak ediblər.
  Çıxışlar zamanı ölkələrin və xalqların tarixində, taleyində və milli həmrəyliyin möhkəmlənməsində multikultural dəyərlərin böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Respublikası cəmiyyətin inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi üçün multikulturalizm istiqamətində Prezident İlham Əliyevin məqsədyönlü şəkildə müəyyənləşdirdiyi yolla gedərək dünyaya müasir inkişafın yeni-yeni nümunələrini göstərir.

Keçidlər