Şriftin ölçüsü :

Saytın rəngi :

Deputat Şahin Seyidzadə vətəndaş qəbulu keçirib

26 aprel 2021 | 16:00

Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadə təmsil etdiyi Qobustan rayon Qobustan şəhərində vətəndaşlarla fərdi qaydada səyyar formalı qəbul keçirib.

26 aprel tarixində Qobustan Heydər Əliyev Mərkəzində rayonun Bədəlli, Bəklə, Cəmcəmli, Cəyirli, Çalov, Çuxanlı, Ərəbqədim, Sədəfli, Yekəxana kəndləri və Qobustan şəhərindən olan 42 sakinin iştirakı ilə keçirilən səyyar formada fərdi qəbul həyata keçirildi. Qəbulda əsasən məşğulluq, infrastruktur, torpaq, əmlak, hüquq, kommunal xidmətlər, sağlamlıq və şəxsi məsələlər ilə bağlı müraciətlər səsləndirilmişdir.

 

 

Keçidlər