Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.

10 may 2021 | 16:00

May ayının 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Qobustan rayon İcra hakimiyyətinin başçısı aparatı, idarə, müəssisə və təşkilatların kollektivləri, bələdiyyələr və ictimaiyyət nümayəndələri rayonda yerləşən Heydər Əliyev parkına gələrək Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Qobustan rayonunda ümumrayon iməciliyi keçirildi.
Ulu öndərin doğum günü münasibəti ilə  hər il ənənəvi olaraq təşkil olunan Gül bayramı bu dəfə də maraqlı və yaddaqalan oldu. Gül bayramı ilə əlaqədar may ayının 9-dan rayonda idarə, müəssisə və təşkilatların kollektivləri, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  iməciliklər təşkil olunub. Aksiyalar zamanı rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri aparıldı, 250 ağac əkildi.
10 may tarixində Qobustan rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.
Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Məscidinin qarşısında ekoloji tarazlığın qorunması məqsədi ilə keçirilən aksiyaya Rayon İcra Hakimiyyəti başçısı Aparatı, YAP rayon təşkilatı, eləcə də bütün idarə, müəssisə və təşkilatların kollektivləri cəlb olundu.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun da iştirak etdiyi tədbirdə 250 ağac tingi əkildi.
Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparıldı, yeni əkilən ağaclar suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi,əkilən ağacların inkişafı üçün, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görüldü.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə təşkil olunan ağacəkmə aksiyasında əsas məqsəd ulu öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqları daha da genişləndirmək, ekoloji tarazlığı bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.

 

Keçidlər