Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində Qobustan Rayon Şəhidi Nadirov Fədail Fərhad oğlunun Anım Günü.

27 oktyabr 2021 | 16:00

Vətən müharibəsində Qobustan Rayon Şəhidi Nadirov Fədail Fərhad oğlunun Anım Günü.
  Nadirov Fədail Fərhad oğlunun döyüş yolu.
  Fədail Nadirov 1999-cu il iyulun 23-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub.
  Azərbaycan Respublikasının Ordusunun əsgəri olan Fədail Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fədail Nadirov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunun Bədəlli kəndində dəfn olunub.
  Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
  Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər