Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində Qobustan Rayon Şəhidi İbadov Murad Yusif oğlunun Anım Günü.

22 noyabr 2021 | 16:00

Vətən Müharibəsində Qobustan Rayon Şəhidi İbadov Murad Yusif oğlunun Anım Günü.

İbadov Murad Yusif oğlunun döyüş yolu


Murad İbadov 1993-cü il dekabrın 29-da Qobustan rayonunun Cəyirli kəndində anadan olub

Murad İbadov 2015-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ildən Bərdə rayonunda yerləşən 1-ci Ordu Korpusunda xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Respublikasının Ordusunun baş leytenantı olan Murad İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad İbadov oktyabrın 15-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qobustan rayonunun Cəyirli kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad İbadov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Murad İbadov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Murad İbadov ölümündən sonra "3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

 

 

Keçidlər