Ümumi məlumat
-
Məlumatlar
-
Rayon: Qobustan
-
Rayon mərkəzi Qobustan şəhəri
-
Ərazi: 1369,4 (km2)
-
Əhali: 43 125
-
Əhali sıxlığı: 31 (nəfər/km2)
-
Nəqliyyat vasitəsi kodu: 37
-
Telefon kodu: 020
-
Poçt kodu (Mərkəzi PŞ): AZ 3700
-
Yaşayış məntəqələrinin sayı 33
İqtisadiyyatı
Rayonda əkinçilik ənənəvi sahələrdən biridir. Rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Belə ki, hər il adam başına müntəzəm olaraq 1 tondan artıq taxıl istehsal olunur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir.
Rayonun coğrafi vəziyyəti və relyefi
-
Tariximizin ilk daş səhifələrini minlərlə özündə yaşadan Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində azərbaycan Respublikasının şərq hissəsində yerləşir.
Təbiəti
-
Qobustanın torpaq örtüyü müxtəlifdir. Şərq hissədə boz, qonur şorakətli, şimal-qərbdə şabalıdı torpaqlar yayılmışdır. Qobustan adi görünüşündən fərqli olaraq bitki örtüyü ilə zəngindir. Azərbaycandakı 4000 bitki növündən 470 növünə burada təsadüf olunur.