Şriftin ölçüsü :

Saytın rəngi :

Sərxan Hacıyev

 


line

Soyad: Hacıyev
Ad: Sərxan
Ata adı: Eldar
Doğum tarixi: 08.07.1990
Şəhid olub: 23.10.2020
Rütbə: əsgər
Təltifləri

«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Füzulinin azad olunmasına görə» medalı

 

 

 

Şəhid Sərxan Eldar oğlu Hacıyev 8 iyul 1990-cı ildə Qobustan şəhərində anadan olub. Əslən qədim Borçalı mahalının Başkeçid elindəki (Gürcüstan, Dmanisi) Qızılkilsə kəndindən idi.Orta təhsilini də Qobustanda bitirib.

Qarabağın azad olunması uğrunda gedən "Dəmiryumruq" əməliyyatları zamanı 30 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsindən könüllü olaraq cəbhəyə yollanıb. “MAXE” kimi xidmət göstərib, igidliklə döyüşüb. Ailəsi, dostları və onu tanıyan hər kəsin xatirəsində məktəb illərində olduğu kimi vətənpərvərliyi, mübarizliyi və qorxmazlığı ilə yadda qalan Sərxan 23 oktyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Nəşini bir həftə neytral ərazidə qaldıqdan sonra götürmək mümkün olub.

 

Ali Baş Komandan İlham Əliyev tərəfindən Qobustan rayon şəhidi Sərxan Hacıyev "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Keçidlər